Bu kurs, müxtəlif növ gəmilərdə çalışan baş mexanik və elektro-mexaniklər üçün nəzərdə tutulmuşdur, eyni zaman da 2010-cu il “Manila” düzəlişləri nəzərə alınmaqla DHDNÇ-78 Beynəlxalq Konvensiyanın 1/6 qaydasının və Məcəllənin A-III/1, A-III/2 və A-III/6 bölməsinin tələblərinə uyğun hazırlanmışdır. Kurs gəminin yüksək gərginlik avadanlıqlarının istismarının və təhlükəsizlik qaydalarının, yüksək gərginlikli elekirik avadanlıqlarının yoxlanılması metodlarının və onlara texniki xidmətin göstərilməsini öyrədir.
Kimlər üçün nəzərdə tutulub?
Müxtəlif növ gəmilərdə çalışacaq baş mexanik və elektro-mexanik heyəti olan mütəxəssislər.
Qiymətləndirmə
Dinləyicilər kursunun sonunda mövzunu mənimsədiyini bildirən qiymətləndirmə xarakterli kompüter əsaslı test imtahanı həyata keçirirlər. Hər bir imtahan təlim kursunu əhatə edən test suallarından ibarətdir ki, onun da 64% düzgün cavablandırılmalıdır. Əks haılda dinləyici uğursuz nəticə alımış olur. Hər bir dinləyicinin 2 dəfə imtahan vermək hüququ var. Dinləyici II imtahanı mütləq 3 ay ərzində keçməldir əks halda II imtahan kəsir kimi qəbul edilir. 2 dəfə uğursuz cəhddən sonra dinləyici mütləq kursda yenidən iştirak etməlidir.
Sertifikatlaşdırma
Kursu müvəffəqiyyətlə başa çatdırmış hər bir dinləyici ARNRYTN nin Dövlət Dəniz Agentliyi tərəfindən Sertifikat əldə edir.
Tələb olunan sənədlər
1. 3x4 şəkil (1 ədəd); 2. Tibbi kitabçanın surəti; 3. Təhsil haqqında sənədin surəti; 4. İşçi diplomunun surəti (əgər varsa); 5. Şəxsiyyət vəsiqəsinin surəti;
Tələb olunan sənədlər
1. 3x4 şəkil (1 ədəd); 2. Tibbi kitabçanın surəti; 3. Təhsil haqqında sənədin surəti; 4. İşçi diplomunun surəti (əgər varsa); 5. Şəxsiyyət vəsiqəsinin surəti;
He attended and graduated from medical school in 1976, having over 42 years of diverse experience, especially in Cardiovascular Disease (Cardiology).