Mountains

Dənizçilik

Elektron Xəritə Displeynin və İnformasiya Sistemlərinin İstismar Qaydaları” kurs üzrə tədris planı və proqramı “Dənizçilərin hazırlanmasına,  onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ-78) Beynəlxalq Konvensiyanın və Məcəllənin A-II/1, A-II/2  bölməsində şərh edilən dəyişikliklər nəzərə alınmaqla və Beynəlxalq Dəniz Təşkilatının (BDT) 1.27 model kurslarının bazasında hazırlanmışdır.

  1. Nəzəri hazırlıq.
  2. Elektron xəritələr haqqında anlayış.
  3. Trenajor hazırlığı.
  4. Displeyin hazırlanması, işə salınması və lazımı məlumatların quraşdırılması, elektron xəritələrdən istifadə, reysin planlaşdırılması.
  5. Marşrut boyu gəminin yerinə (yoluna) nəzarət, naviqasiya məsələrinin həlli.
  6. Həyəcan siqnalizasiya sistemi işə düşdükdə görülən tədbirlər, gəminin yerinə əllə düzəlişin edilməsi. Elektron gəmi jurnalında qeydlərin aparılması.
  7. Elektron xəritələrdə düzəlişlərin aparılması.
  8. Radarla qoşulmuş ECDİS və AİS-dən (Automatic İdentification System – Avtomatik İdentifikasiya Sistemi) istifadə.

Qiymətləndirmə:

Dinləyicilər kursunun sonunda mövzunu mənimsədiyini bildirən qiymətləndirmə xarakterli yazılı şəkildə  test imtahanı həyata keçirirlər.

Hər bir imtahan təlim kursunu əhatə edən test suallarından ibarətdir ki, onun da 64% düzgün cavablandırılmalıdır. Əks haılda dinləyici uğursuz nəticə alımış olur. Hər bir dinləyicinin 2 dəfə imtahan vermək hüququ var. Dinləyici II imtahanı mütləq 3 ay ərzində keçməldir əks halda II imtahan kəsir kimi qəbul edilir. 2 dəfə uğursuz cəhddən sonra dinləyici mütləq kursda yenidən iştirak etməlidir.

Tələb olunan sənədlər

1. 3x4 şəkil (1 ədəd); 2. Tibbi kitabçanın surəti; 3. Təhsil haqqında sənədin surəti; 4. İşçi diplomunun surəti (əgər varsa); 5. Şəxsiyyət vəsiqəsinin surəti;

25%
50%
75%
80%
45%
Tarix
Müddət
Qiymət
Dil
İştirakçı sayı
Qeydiyyat