“Təhlükəli və zərərli yüklərin daşınması” kursu üzrə tədris planı və proqramı “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il (DHDNÇ-78) Beynəlxalq Konvensiyanın və Məcəllənin A-II/1, A-II/2 cədvəllərinin və B-V/b və B-V/c bölmələrinin, Dənizdə İnsan Həyatının Mühafizəsinə dair Beynəlxalq Konvesiyasının A bölməsinin VII bəndinin, “MARPOL”-un III bölməsinin “ANNEX III” və Beynalxalq Dəniz Təşkilatının (BDT) 1.10 model kursunun bazasında hazırlanmışdır.
Kimlərüçünnəzərdətutulub:
Müxtəlif növ gəmilərdə çalışan idarə heyəti gəmi sürücüsü üçün tələb olunur.
Təhlükəli və zərərli yüklərin dənizlə daşınmasının Beynəlxalq Kodeksi ilə tanışlıq.
Maddələrin təhlükələr üzrə təsnifatı.
İdentifikasiya, markalanma və təhlükə işarələri.
Qablaşdırma, yerləşdirilmə və bölüşdürülmə. Yük sənədləri.
Yanğın təhlükəsizliyinin ümumi qaydaları. Məlumat verilməsini tələb edən hallar.
Qiymətləndirmə:
Dinləyicilərin təlimin sonunda mövzunu tam şəkildə mənimsədiyini bildirən qiymətləndirmə xarakterli yazılı şəkildə test imtahanı həyata keçirilir.
Hər bir imtahan təlim kursunu əhatə edən test suallarından ibarətdir.
64% düzgün cavablandırıldığı təqdirdə Məqbul,əks halda Qeyri-məqbul nəticə alınmış olunur. Nəticə qeyri-məqbul olduğu təqdirdə,dinləyici 2-ci dəfə təqkrar imtahanda iştirak etmə hüququ vardır.Təkrar imtahan 3 ay ərzində verilməldikdə nəticə qeyri-məqbul olaraq qəbul olunur.