Mountains

Dənizçilik

“Gəmi mühafizəsi üzrə ümumi hazırlıq və təlimat” kursu üzrə tədris planı və proqramı “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvesiyasının XI-2 fəslinin, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli (DHDNÇ-78) Beynəlxalq Konvensiyanın və Məcəllənin А-VI/6 bölməsinin 1-ci və 4-cü bəndlərində şərh edilən dəyişikliklər nəzərə alınmaqla və  Beynəlxalq Dəniz Təşkilatının (BDT) 3.27 model kursunun bazasında hazırlanmışdır.

Kimlər üçün nəzərdə tutulub:

Müxtəlif növ gəmilərdə çalışan idarə heyəti gəmi sürücüsü üçün tələb olunur.

  1. Giriş. Dənizdə mühafizənin siyasəti. Mühafizə avadanlığı.
  2. Mühafizəyə cavabdehlik.
  3. Gəminin mühafizə planı.
  4. Qorxulu həmlələrin aşkar edilməsi, araşdırılması və müvafiq tədbirlərin görülməsi.
  5. Gəminin mühafizəsi üçün görülən tədbirlər, mühafizənin tətbiqi.
  6. Fövqəladə hallara hazırlıq. Baş verə biləcək hər hansı təhlükələrə qarşı təlimlərin keçirilməsi, heyətin hazırlığı.
  7. Mühafizənin təşkili və idarə edilməsi.
  8. Qiymətləndirmə.

Qiymətləndirmə:

Dinləyicilərin təlimin sonunda mövzunu tam şəkildə mənimsədiyini bildirən qiymətləndirmə xarakterli yazılı şəkildə  test imtahanı həyata keçirilir.

Hər bir imtahan təlim kursunu əhatə edən test suallarından ibarətdir.

64% düzgün cavablandırıldığı təqdirdə Məqbul,əks halda Qeyri-məqbul nəticə alınmış olunur. Nəticə qeyri-məqbul olduğu təqdirdə,dinləyici 2-ci dəfə təqkrar imtahanda iştirak etmə hüququ vardır.Təkrar imtahan 3 ay ərzində verilməldikdə nəticə qeyri-məqbul olaraq qəbul olunur. 

Tələb olunan sənədlər

1. 3x4 şəkil (1 ədəd);

2. Tibbi kitabçanın surəti;

3. Təhsil haqqında sənədin surəti;

4. İşçi diplomunun surəti (əgər varsa);

5. Şəxsiyyət vəsiqəsinin surəti;

25%
50%
75%
80%
45%
Tarix
Müddət
Dil
İştirakçı sayı
Qeydiyyat