Mountains

Dənizçilik

“Gəmi mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı” kursu üzrə tədris planı və proqramı “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvesiyasının XI-2 fəslinin və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli (DHDNÇ-78) Beynəlxalq Konvensiyanın və Məcəllənin А-VI/6 bölməsinin 6-cı və 8-ci bəndlərində şərh edilən dəyişiklikləri nəzərə alınmaqla, Beynəlxalq Dəniz Təşkilatının (BDT) 3.26 model kursunun bazasında hazırlanmışdır.

Kimlər üçün nəzərdə tutulub:

Müxtəlif növ gəmilərdə çalışan idarə heyəti gəmi sürücüsü üçün tələb olunur.

  1. Giriş. Dənizdə mühafizənin siyasəti.
  2. Mühafizəyə cavabdehlik. Mühafizəyə məsul şəxs.
  3. Mühafizə avadanlığı.
  4. Gəminin mühafizə planı.
  5. Qorxulu həmlələrin aşkar edilməsi, araşdırılması və müvafiq tədbirlərin görülməsi.
  6. Gəminin mühafizəsi üçün görülən tədbirlər, mühafizənin tətbiqi.
  7. Fövqəladə hallara hazırlıq. Baş verə biləcək hər hansı təhlükələrə qarşı təlimlərin keçirilməsi, heyətin hazırlığı.
  8. Mühafizənin təşkili və idarə edilməsi.
  9. Qiymətləndirmə.

Qiymətləndirmə:

Dinləyicilər kursunun sonunda mövzunu mənimsədiyini bildirən qiymətləndirmə xarakterli yazılı şəkildə  test imtahanı həyata keçirirlər.

Hər bir imtahan təlim kursunu əhatə edən test suallarından ibarətdir ki, onun da 64% düzgün cavablandırılmalıdır. Əks haılda dinləyici uğursuz nəticə alımış olur. Hər bir dinləyicinin 2 dəfə imtahan vermək hüququ var. Dinləyici II imtahanı mütləq 3 ay ərzində keçməldir əks halda II imtahan kəsir kimi qəbul edilir. 2 dəfə uğursuz cəhddən sonra dinləyici mütləq kursda yenidən iştirak etməlidir.

Tələb olunan sənədlər

1. 3x4 şəkil (1 ədəd); 2. Tibbi kitabçanın surəti; 3. Təhsil haqqında sənədin surəti; 4. İşçi diplomunun surəti (əgər varsa); 5. Şəxsiyyət vəsiqəsinin surəti;

25%
50%
75%
80%
45%
Tarix
Müddət
Qiymət
Dil
İştirakçı sayı
Qeydiyyat