Mountains

Dənizçilik

“Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə” kursu üzrə tədris planı və proqramı “Dənizdə insan həyatının mühafizəsinə dair” (DİHM-74) Beynəlxalq Konvesiyasının IX fəslinin tələblərinə uyğun hazırlanmışdır. Bu proqram kurs üzrə tədrisin təşkil olunma proseduraları, sertifikatların alınması üzrə proseduraları, sertifikatların alınması üzrə namizədin bilik və bacarığına qoyulan tələbləri, Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllənin məqsəd və tələbləri, Əmniyyətli idarəetmə sistemi (ƏİS) və onun normativ hüquq bazası,   ƏİS-in yaradılması və onun strukturu, təyin olunmuş şəxs, Şirkətin ƏİS, yüklərin və sərnişinlərin təhlükəsiz daşınmasının təşkili və gəmi heyətlərinin qəza hallarına hazırlığı üzrə kursun baza proqramını müəyyən edir.

Kimlər üçün nəzərdə tutulub:

Müxtəlif növ gəmilərdə çalışan idarə heyəti gəmi sürücüsü üçün tələb olunur.

  1. Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllənin məqsədləri və tələbləri.
  2. Əmniyyətli idarəetmə sistemi və onun normativ hüquq bazası.
  3. Əmniyyətli idarəetmə sisteminin yaradılması və onun strukturu. Təyin olunmuş şəxs.
  4. Şirkətin Əmniyyətli idarəetmə sistemi.
  5. Yüklərin və sərnişinlərin təhlükəsiz daşınmasının təşkili.
  6. Gəmi heyətlərinin qəza hallarına hazırlığı.
  7. Qiymətləndirmə.

Qiymətləndirmə:

Dinləyicilər kursunun sonunda mövzunu mənimsədiyini bildirən qiymətləndirmə xarakterli yazılı şəkildə  test imtahanı həyata keçirirlər.

Hər bir imtahan təlim kursunu əhatə edən test suallarından ibarətdir ki, onun da 64% düzgün cavablandırılmalıdır. Əks haılda dinləyici uğursuz nəticə alımış olur. Hər bir dinləyicinin 2 dəfə imtahan vermək hüququ var. Dinləyici II imtahanı mütləq 3 ay ərzində keçməldir əks halda II imtahan kəsir kimi qəbul edilir. 2 dəfə uğursuz cəhddən sonra dinləyici mütləq kursda yenidən iştirak etməlidir.

Tələb olunan sənədlər

1. 3x4 şəkil (1 ədəd); 2. Tibbi kitabçanın surəti; 3. Təhsil haqqında sənədin surəti; 4. İşçi diplomunun surəti (əgər varsa); 5. Şəxsiyyət vəsiqəsinin surəti;

25%
50%
75%
80%
45%
Tarix
Müddət
Qiymət
Dil
İştirakçı sayı
Qeydiyyat