“Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq , ilkin hazırlıq və təlimat” kursu üzrə tədris planı və proqramı “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli (DHDNÇ-78) Beynəlxalq Konvensiyanın və Məcəllənin A-VI/1 bölməsinin A-VI/1-1; A-VI/1-2; A-VI/1-3; A-VI/1-4 cədvəllərində şərh edilən dəyişikliklər nəzərə alınmaqla və Beynəlxalq Dəniz Təşkilatının (BDT) 1.13, 1.19, 1.20, 1.21 model kurslarının bazasında hazırlanmışdır.
Kimlərüçünnəzərdətutulub:
Müxtəlif növ gəmilərdə çalışan idarə heyəti gəmi sürücüsü üçün tələb olunur.
1.Tanış olma və təhlükəsizliyin təmin edilməsi, həmçinin həyatın qorunub saxlanma texnikası.
2.Yanğının yaranma riskinin minimuma endirilməsi və ya yanğına daimi hazırlıq.
3.Bədbəxt hadisələr zamanı ilkin tibbi yardım.
4.Şəxsi təhlükəsizlik və ictimai məsuliyyət.
5.Qiymətləndirmə.
Qiymətləndirmə:
Dinləyicilərin təlimin sonunda mövzunu tam şəkildə mənimsədiyini bildirən qiymətləndirmə xarakterli yazılı şəkildə test imtahanı həyata keçirilir.
Hər bir imtahan təlim kursunu əhatə edən test suallarından ibarətdir.
64% düzgün cavablandırıldığı təqdirdə Məqbul,əks halda Qeyri-məqbul nəticə alınmış olunur. Nəticə qeyri-məqbul olduğu təqdirdə,dinləyici 2-ci dəfə təqkrar imtahanda iştirak etmə hüququ vardır.Təkrar imtahan 3 ay ərzində verilməldikdə nəticə qeyri-məqbul olaraq qəbul olunur.