“Liderlik və heyətlə iş birliyi” Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ-78) Beynəlxalq Konvensiyasının və Məcəllənin A-II/1, А-II/2, A-III/1, A-III/2, A-III/3 və A-III/6 bölmələrinin tələblərinə uyğun olaraq və Beynəlxalq Dəniz Təşkilatının (BDT) 1.39 model kursunun bazasında hazırlanmışdır. Bu kurs idarə etmə səviyyəsində gəminin təhlükəsiz istismarı və gəmi heyətinin işinin təşkil edilməsinə və təhlükəsizliyinə nəzarət edilməsi bacarığı, istismar və idarə etmə səviyyəsində rəhbərlik qaydalarının tətbiq olunması üzrə gəminin rəhbər heyətinin hazırlanması, xüsusilə 2010-cu il manila dəyişikliklərinə uyğun olaraq DHDNÇ-78 Beynəlxalq Konvensiyanın tələblərini mənimsəmək üçün nəzərdə tutulmuşdur.
Kimlərüçünnəzərdətutulub:
Müxtəlif növ gəmilərdə çalışan idarə heyəti gəmi sürücüsü üçün tələb olunur.
Giriş.
Gəmi heyətinin idarə olunması və təlimi üzrə praktiki biliklər.
Beynəlxalq dəniz konvensiyasının tələbləri, tövsiyələr və milli qanunvericilik.
Vəzifə və tapşırıqların tətbiqinin idarə edilməsi bacarığı.
Effektiv idarəetmə resurslarının tətbiq edilməsi üsulları.
Qərar qəbul etmə üsullarının tətbiq edilməsi.
Qiymətləndirmə:
Dinləyicilərin təlimin sonunda mövzunu tam şəkildə mənimsədiyini bildirən qiymətləndirmə xarakterli yazılı şəkildə test imtahanı həyata keçirilir.
Hər bir imtahan təlim kursunu əhatə edən test suallarından ibarətdir.
64% düzgün cavablandırıldığı təqdirdə Məqbul,əks halda Qeyri-məqbul nəticə alınmış olunur. Nəticə qeyri-məqbul olduğu təqdirdə,dinləyici 2-ci dəfə təqkrar imtahanda iştirak etmə hüququ vardır.Təkrar imtahan 3 ay ərzində verilməldikdə nəticə qeyri-məqbul olaraq qəbul olunur.